Sen 03, 2021 09:55 Asia/Baku
  • Nüvə sazişi ilə bağlı danışıqlar başlayacaq

İranın xarici işlər naziri nüvə sazişi danışıqlarının başlayacağını bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan almaniyalı həmkarı ilə telefon söhbətində deyib: “Nüvə sazişilə bağlı danışıqlar özü-özlüyündə məqbuldur. Lakin İran elə bir danışıqları qəbul edir ki, sanksiyalara son qoysun və İranın haqqlarını təmin etsin.”

Almaniyalı həmkarının İranı nüvə danışıqlarına qayıtmağa çağırmasına cavab verən Əmir-Abdullahiyan bildirib ki, bu danışıqlar başlayacaq.

Lakin o, danışıqların nəticə verməsini və İranın hüquqlarının təmin edilməsini istəyib.

Qeyd edək ki, İran XİN rəhbəri fransalı həmkarı ilə telefom təması zamanı da danışıqlarda İranın hüquqlarının təmin edilməsini istəyib.

Xatırladaq ki, tərəflərin nüvə sazişinə qayıtmaları haqda Vayanada keçirilən danışıqlar İranda prezident seçkilərinin keçirilməsinə görə dayanıb. Bu danışıqların sentyabr ayının orta ya da axırlarında başlanacağı deyilir.

Teqlər