Sen 09, 2021 16:02 Asia/Baku
  • SEPAH İraqın Kürdüstan bölgəsində terrorçulara zərbələr endirib

İran İslam İnqilabı keşikçiləri Korpusu SEPAH İraqın Kürdüstan bölgəsində terrorçuların mövqelərinə zərbələrə endirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə İslam İnqilabı keşikçiləri Korpusu SEPAH-ın Qüds Briqadasının teleqram kanalı məlumat yayıb. 

İslam İnqilabı Keşikçiləri Korpusu İran sərhədi yaxınlığında yerləşən Cəlalə şəhərində, yaxın bir neçə gün ərzində İrana qarşı hücumlar təşkil etməyi planlaşdıran "HDKA" separatçı terrorçuların bazasını hədəfə alıb.

Məlumata görə, İraq Kürdüstanının üç bölgəsi İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qüvvələrinin birgə hücumlarının hədəfində olub.

Teqlər