Sen 10, 2021 18:42 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ərəb liqasının qondarma dördtərəfli komitəsinin bəyanatında İran İslam Respublikasına vurulan ağılsız ittihamları pisləyib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Səid Xətibzadə bu kimi bəyanatların verilməsini bu komitədə iştirak edən ölkələrin İran İslam Respublikasının ərəb ölkələri məcmuəsi ilə münasibətlərinə hakim kəsilmiş ümumi şəraitdən və regional olayların gedişatından minimum dərklərinin olmamasının nişanəsi adlandırıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, xüsusən Şimali Afrika və Qərbi Asiyadakı döyüş bölgələrində və Yəməndə militarizm, muzdur və terrorçu yetişdirmə, gərginlik yaratma və müdaxilə keçmişinə malik olan ölkələr tərəfindən, İranın başqalarının daxili işlərinə qarışması haqda təkrar ittihamların irəli sürülməsini rədd edib. Bildirib ki, İrana ittiham vurmaq üçün bu detalları bir-birinin kənarında qoymaq, öz xalqlarına məhəl qoymayan müdaxiləçi ölkələrin problemini həll etməyəcək.

Xətibzadə bu kimi bəyanatların verilməsinin əsas problemini, sionist rejimə aşkar və gizli xidmət adlandırıb və bu dörd ölkəyə tövsiyə edibdir ki, bu cür dəyərsiz bəyanatlar verməkdənsə, sionist rejimin zülm çəkmiş Fələstin xalqına qarşı cinayətləri üzərində təmərküzləşsinlər.

 

Teqlər