Ərbəin mərasimində iranlı zəvvarların sayı artacaq
İran İslam Respublikasının prezidenti İraqın baş naziri ilə mətbuat konfransında vurğulayıb ki, Ərbəin mərasimində iranlı zəvvarların sayı artacaq.
SəhərAzəri-nin verdiyi məlumata görə, «İran ilə dost və qardaş İraq arasındakı münasibətlər çox yaxşı münasibətlərdir. Bu münasibətlər siyasi, iqtisadi və mədəni sahələrdədir, amma daha da genişlənə bilər.»-deyə Seyid İbrahim Rəisi İraqın baş naziri Mustafa Əlkazimi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
«İran və İraqın iradəsi ikitərəfli münasibətlərin genişləndirilməsinə köklənib. İraqın baş naziri Ərbəin mərasimində iştirak edəcək iranlı zəvvarların sayının artırılacağına söz verib.»-deyən İran prezidenti bildirib ki, iki ölkə arasında vizanın ləğvi, İraqın baş nazirinin İran üçün olan yaxşı xəbəri idi.
Rəisinin sözlərinə görə, dərin Tehran-Bağdad əlaqələri iki dövlət, iki ölkə və iki xalqın ürəkləri və inamlarından qaynaqlanır.
İraqın baş naziri də bu mətbuat konfransında bildirib ki, İŞİD İlə mübarizəsinə görə, İran İslam Respublikasına təşəkkür edir.
Əlkazimi qeyd edib ki, İraqın hökuməti və xalqı müxtəlif şəraitlər və bütün problemlərdə İranın hökuməti və xalqının kənarında duracaqlar.