Sen 16, 2021 00:08 Asia/Baku
  • Strateji əlaqələrin zədələnməsinə icazə vermək olmaz-Pakayin

İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İran-Azərbaycan əlaqələrinin inkişafının qəti olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, sabiq səfir bu barədə deyib: “Prezidentimizin və xarici işlər nazirimizin qonşularımızla əlaqələrin möhkəmlənməsinə təkidi Tehran-Bakı əlaqələrində müsbət inkişafın davam etməsi üçün yaxşı bir fürsət yaratdı. Bu, İranla Azərbaycan Respublikası arasındakı dostluq əlaqələrini daha da gücləndirə bilər.

Onun sözlərinə görə, İrandakı hökumət dəyişikliyi Azərbaycan Respublikasının mətbuatında və ictimai rəyində də müsbət reaksiyalarla qarşılandı. Kütləvi informasiya vasitələrinin məqalələrindən və azərbaycanlı mütəxəssislərin çıxışlarından belə başa düşmək olar ki, İrandakı yeni hökumətin xarici siyasət prioritetləri, xüsusən də iqtisadi sahədə qonşu ölkələrlə qarşılıqlı əlaqə qurma potensialının istifadəsi, bölgədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün əsaslı fəaliyyətlər onlar tərəfindən müsbət qarşılanmışdır.

Pakayin bütün bunlara rəğmən xəbərdarlıq edib ki, bəzi trans-regional qüvvələr və onlara bağlı medialar son zamanlar iki ölkə arasındakı münasibətləri zəiflətmək məqsədi ilə iki xalq arasında anlaşılmazlıqlar yaratmağa çalışırlar. Təəssüflər olsun ki, bəzən sayı çox olmayan Azərbaycan Respublikasının bəzi mətbuat orqanları da bu oyuna düçar olur və bu əsassız xəbərləri yayaraq düşmən dəyirmanına su tökürlər.

Sabiq diplomat qeyd edib ki, qeyri-rəsmi və qeyri-hökumət mənbələrinə istinad etmək və iki ölkə arasındakı münasibətlərə qarşı təbliğat aparmaq, əsasən pədxahlar tərəfindən ortaya atılır. Bu isə heç də iki ölkə arasındakı əlaqələrin artmasının xeyrinə deyildir.

Möhsün Pakayin sonda diqqəti İranın Azərbaycanla bağlı prinsipial mövqeyinə çəkib. “İran İslam Respublikasının Dağlıq Qarabağ məsələsindəki mövqeyi və xüsusən İnqilabın Ali Rəhbərinin bununla bağlı bəyanatları tamamilə prinsipial, beynəlxalq münasibətlərə uyğundur və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe heç bir zaman dəyişməzdir. Bu isə əlaqələrin inkişaf etdirilməsi yolunda İranın möhkəm iradəsinin göstəricidir”- deyə cənab Pakayin söyləyib.

Tanınmış siyasətçi ümidvarlıq edib ki, dost və qardaş dövlət olan Azərbaycan Respublikası ölkə mediasına nəzarəti artıracaq və strateji əlaqələrin hər hansı bir şəkildə pozulmaması üçün iki ölkə arasındakı dostluq əlaqələrini daha möhkəmləndirəcəkdir.

Teqlər