Sen 16, 2021 17:31 Asia/Baku
  • İran hökuməti regional əməkdaşlığa böyük əhəmiyyət verir

İran İslam Respublikasının prezidenti, ölkəsinin regional əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci sammitində iştirak etmək üçün Tehranı tərk edərkən jurnalistlərə verdiyi açıqlamada deyib: "Şanxay zirvəsinə qatılmaq və İran İslam Respublikasının fikirlərini və baxışlarını ifadə etməklə yanaşı, bu zirvəyə qatılan ölkələrin liderləri və yüksək vəzifəli rəsmiləri ilə də görüşlərimiz olacaq."

İran prezidenti bu səfərdə, tacik həmkarı ilə də görüşəcəyini qeyd edib.

O, İranla Tacikistan xalqları arasındakı mədəni və dini ortaqlıqlara toxunaraq, bildirib: "Region ölkələri ilə əlaqə İran İslam Respublikasının prioritetlərindəndir və ümid edirik ki, bu səfərdə ölkələrin yüksək vəzifəli rəsmiləri ilə aparılacaq danışıqlar, Asiya ölkələri arasında əməkdaşlığın inkişafına səbəb olacaq və bu sahədə yeni addımlar atılacaqdır".

Teqlər