Sen 17, 2021 11:55 Asia/Baku
  • Rəisi: İran qonşu və region ölkələri ilə əlaqələrinə böyük önəm verir

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədilə Tacikistanda rəsmi səfərdədir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Düşənbədə Özbəkistanın dövlət başçısı ilə görüşüb və regional əməkdaşlığın əhəmiyyətinə, eləcə də Əfqanıstanda sülhün bərqərarı naminə əhatəli hökumətinin qurulmasının zərurətinə təkid edib.

İranın hökumət başçısı Qazaxıstan prezidenti Kasım Jomart Tokayevi də öz iqamətgahında qəbul edib. Görüşdə qeyd olunub ki, əlaqələrin strateji səviyyəyə qaldırılması üçün yaxşı potensiallar mövcuddur və bu istiqamətdə işçi qrupları yaradılmalıdır.  

Bu məlumata əsasən, qazax tərəfi İranla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Çabahar Limanının Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xatırladaq ki, İran hökumətinin başçısı Tacikistan, Belarus və Ermənistan rəhbərləri ilə də görüşərək tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bu arada Rəisi Tacikistanda yaşayan iranlılarla görüşdə bildirib ki, İranın inkişafına heç bir şey mane ola bilməz və xaricdəki iranlılar ölkənin əzəmətinin elçiləridirlər.

Görüşdə İran prezidenti qonşu və ortaq mədəniyyətə malik ölkələrlə əlaqələrin inkişafının prioritet təşkil etdiyini vurğulayıb.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Pakistan dövlətinin baş naziri ilə görüşdə bəyan edib ki, iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar var və şeytanların aramızda fitnə salmasına icazə verilməməlidir.

 

Teqlər