İİR quruluşu dinə və dini təlimlərə söykənir
İran İR quruluşu müqəddəsdir
İran İslam Respublikasının prezidenti deyib: «bizim quruluşumuz müqəddəsdir, zira dinə və dini təlimlərə söykənir»
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Müqəddəs Müdafiə Həftəsinin qeyd olunması, həmçinin şəhidlər, müharibə əlilləri və veteranlarının ailələrinin əməklərinin dəyərləndirilməsi mərasimində öncə İmam Hüseyn(ə) əzadarlığı günləri münasibətilə başsağlığı verib.
Rəisi sonra belə söyləyib: Müharibə veteranlarının əməklərinin qiymətləndirilməsi üzrə bu mərasim gənc nəsli qoruya bilər. Bugünkü nəslin və gələcək nəsillərin qorunmasının yolu budur ki, Aşura təqdim edilsin və məlum olsun. Aşura davam edir. Aşuranın davamı bu gün Allah və müqəddəs bir məsələ yolunda meydanda görünən şəhidlərin cilvəsidir.
«Dünyada bir çoxları müharibə edir. Tarix boyu çox müharibə olub, qan axıdılıb, amma onların hansı birisi müqəddəs müdafiədir? Bu gün dünyada bir çox sistemlər bərqərardır, amma bu sistemlərdən hansı birisi müqəddəs quruluşdur? Və sual budur ki, bizim quruluşumuzu, müdafiə və səfərbərliyimizi müqəddəs edən nədir və müqəddəsliyin sirri nədədir? Və nə üçün bizim müdafiəmiz müqəddəsdir?»-deyə Rəisi vurğulayıb.
İran prezidenti bildirib ki, İran İslam Respublikası quruluşunun müqəddəsliyinin sirri,/ dinə, ənənəyə, kitaba və dini təlimlərə söykənməkdədir.
«Bizim quruluşumuzda heç bir qanun-qayda və heç bir olmalı və olmamalı məsələ şəri prinsiplərə uyğun gəlmədən qəbul edilib, icra oluna bilməz.»-deyən Rəisi bildirib ki, quruluş məcmuəsində şəriətə zidd bir hökm və qanunun qəbul edilməməsi və icra olunmamasından ötrü məclis üçün zəmanət kimi Nigəhban Şurasını,/ məhkəmə aparatı üçün isə ali məhkəməni və bir sıra iyerarxiyaları təyin ediblər.
Rəisi qeyd edib ki, şəriət qaydalarına zidd olacaq hər hansı hökm, qanun və qayda etibarsızdır.