İran-4+1 iclası gündəmdə durmur
Fransanın xarici işlər naziri Jan İv Le-Drian nüvə anlaşmasında qalan ölkələrin iclasının keçirilməsi ehtimalından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Nyu-Yorkda İran və 4+1 qrupunun iclasının keçirilməsi barədə bildirib ki, nüvə anlaşması, Nyu-Yorkda 4+1-də iştirak edən ölkələrin xarici işlər nazirlərilə danışıqlarımızın mövzularından biri olacaq, lakin Nyu-Yorkda İran və 4+1 qrupunun iclasının keçirilməsi gündəmdə durmur.
Le-Drian həmçinin belə deyib: Mən bu həftə BMT-də İranın xarici işlər nazirilə görüşəcəyəm. Bu görüş Amerika istisna olmaqla bütün nüvə anlaşması tərəflərinə şamil olacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bununla əlaqədar isə belə söyləyib: 4+1 qrupunun xarici işlər nazirlərinin iclası barədə vurğulamalıyam ki, əgər bu görüşlərin dediyimiz istiqamətdə gedə, yəni faydalı müzakirə ola biləcəyini görsək, barəsində qərar çıxaracağıq. Hazırda bir qərar çıxarmamışıq və iclasın mövzusunun nə ola biləcəyini görməli və sonradan onun əsasında qərara gəlməliyik.
«Mühüm olan məsələ budur ki, ölkəmizin xarici işlər naziri 4+1 qrupunun bütün xarici işlər nazirlərilə ikitərəfli görüşlər keçirəcək və əgər lazım görülər, özəl iş gündəmi olar və konkret şəkildə xas bir mövzu irəli sürülərsə, İran ilə 4+1 qrupu arasında kollektiv formada iclas keçirilə bilər, lakin bu anadək bu haqda qərar qəbul edilməyibdir.»- deyə Xətibzadə bildirib.