Sen 22, 2021 12:47 Asia/Baku
  • müqəddəs müdafiə həftəsi
    müqəddəs müdafiə həftəsi

Bu gün, 2021-ci il sentyabrın 22-si, İraqın bəəs rejiminin İran İslam Respublikasına qarşı icbari müharibəsinin başlanmasının ildönümü gününə təsadüf edir.

SəhərAzəri-nin məlumatına əsasən, Səddam rejiminin təcavüzkar ordusu 1980-ci il sentyabrın 22-də, bir həftə müddətinə Tehranı ələ keçirəcəyi təsəvvürü ilə, müxtəlif silahlardan istifadə etməklə İrana qarşı geniş hücumlara başladı.

Sentyabrın 22-si, İranın münasibətlər təqvimində müqəddəs müdafiə həftəsinin başlanması günüdür. Bu bir həftə ərzində bütün İslami İranda müxtəlif mərasimlər keçirilir.

İraqın bəəs rejimi qırx il bundan öncə, yeni qurulmuş İran İslam Respublikası hökumətini devirmək hədəfi və dünya imperializminin hərtərəfli köməyi ilə İslami İranı hərtərəfli bir müharibəyə daxil etdi və bu müharibə səkkiz il sürdü.

Səddamın bəəs rejiminin təcavüzkar ordusu İranla səkkiz il müharibə dövründə Fars Körfəzi bölgəsindəki ərəb ölkələrinin geniş köməkləri və imperialist güclərin hərtərəflil himayələrinə malik idi və onun «hərb maşını» əcnəbilərin regiondakı hədəflərinin xidmətində qərar tapdı.

Səkkiz il müqəddəs müdafiə dövrünün təcrübəsi göstərdi ki, çox sayda problemin olması və maliyyə kreditlərin olmamasına, həmçinin bütün sıxıntı və təzyiqlərə rəğmən, Allah-Taalaya təvəkkül və möhkəm əzmkarlıqla dünya güclərinin zorakılıqları qarşısında dayanmaq mümkündür.

 

Teqlər