Sen 27, 2021 15:13 Asia/Baku
  • Ali Məqamlı Rəhbərin iştirakı ilə ərbəin mərasimi keçirilib

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə şəhidlərin ağası və sərvərinin ərbəini mərasimi videokonfrans formatında keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın "Gənc Reportyorlar Klubu"nun məlumatına görə, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı köməkçilərinin şəhid edilmələrinin ərbəini mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə və tələbə və universitet müəllimlərinin toplaşdığı Tehran Universiteti ilə videobağlantı vasitəsilə keçirilib.

Həzrət Ayətullahül-üzma Xamenei bu mərasimdə etdiyi çıxışında müxtəlif üsul və vasitələrlə ictimai rəyə təsir etmək üçün düşmənlərin İran millətinə qarşı apardıqları təbliğat hücumuna toxunaraq, bunların açıqlanmasının hücumları təsirsiz hala gətirəcəyini söyləyiblər.

O, Həzrət tələbələrə xitabən buyurublar: "Millətin qəlbinin meyvəsi və ölkənin əsl ümidləri olan hörmətli tələbələr, həqiqətləri açıqlayaraq, ətraflarınızı işıqlandırmağa və hər cür qeyri-müəyyənliyi aradan qaldırmağa çalışmalısınız".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri sosial şəbəkə və media imkanlarını qeyri-müəyyənliklərə cavab vermək üçün bir fürsət kimi dəyərləndirib və buyurublar: "Əlbəttə ki, cihad məsələsində qəti prinsip həqiqəti izah etmək və açıqlamaq, əxlaqi metodlardan istifadə etmək və məsələləri məntiq, təmkin və mükəmməl rasionallıqla və insan duyğularından istifadə etməklə ifadə etmək, təhqir, böhtan, yalan və ictimai rəy qarşısında aldatmadan uzaq durmaqdır".

Teqlər