Cebelli: "İran İslam Respublikasının imkanları və qabiliyyətləri dünya səviyyəsindədir"
https://azeri.sahartv.ir/news/İran-i381603-cebelli_İran_İslam_respublikasının_imkanları_və_qabiliyyətləri_dünya_səviyyəsindədir
İranın Tele-radio Təşkilatının yeni sədri bu təşkilatın beynəlxalq baxışının şou xarakterli bir baxış olmadığını bəyan edərək, deyib: "İran İslam Respublikasının imkanları və qabiliyyətləri dünya səviyyəsindədir"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2021 19:48 Asia/Baku
  • Cebelli:

İranın Tele-radio Təşkilatının yeni sədri bu təşkilatın beynəlxalq baxışının şou xarakterli bir baxış olmadığını bəyan edərək, deyib: "İran İslam Respublikasının imkanları və qabiliyyətləri dünya səviyyəsindədir"

SəhərAzəri-nin məlumatına əsasən, Peyman Cebelli sərhədaşırı kanalların əhəmiyyətini vurğulayaraq, deyib: "Yeni dövrdə İranın Tele-radio Təşkilatının fəaliyyətlərinin əsas aspektlərindən biri sərhədaşırı kanalları gücləndirmək olacaq". 

Medianın əsas sahibinin xalq olduğunu vurğulayan Ceblli deyib: "Tele-radio təşkilatı xalq mediasinin əsl nümunəsi olmalıdır.  Media səsləri heç bir yerə çatmayanların səsi olmalıdır".

İranın Tele-radio Təşkilatının yeni sədri qeyd edib ki, yeni İslam sivilizasiyası o deməkdir ki, İranlı tamaşaçılar üçün məzmun və proqram hazırlamaqla yanaşı, auditoriya hüdudlarını İrandan daha uzaqlarda müəyyən etməliyik.