Okt 01, 2021 12:09 Asia/Baku
  • Astra-Zeneka
    Astra-Zeneka

İran gömrüyü direktorunun texniki məsələlər üzrə müavini «Astra-Zeneka» vaksinindən iki yükün İrana daxil olacağından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Mehrdad Camal Ərvənqi dünən IRIB ilə müsahibədə bildirib ki, qarşıdakı iki gün ərzində «Astra-Zeneka» vaksinindən iki yük İmam Xomeyni(r.ə.) hava limanı vasitəsilə ölkəyə daxil olacaq.

İran gömrüyü direktorunun texniki məsələlər üzrə müavini qeyd edib ki, bu yüklərdən biri cümə günü Yunanıstandan, digəri isə «Lufthansa» hava yolu şirkətinin uçuşu ilə şənbə günü Avstriyadan ölkəyə daxil olacaq.

İranın Qırmızı Aypara Cəmiyyəti də bildiribdir ki, altı ay bundan öncədən bəri İrana 52 milyon 390 min doza vaksin gətiribdir.

 

Teqlər