Əgər müzakirə üçün müzakirə aparılarsa, İran vaxtında münasib qərar qəbul edəcək
-
Əmir Abdullahiyan
İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb ki, əgər müzakirə üçün müzakirə aparılarsa, İran vaxtında münasib qərar qəbul edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Öz rus həmkarı Sergey Lavrovun dəvətilə Moskvaya səfər edən Hüseyn Əmir Abdullahiyan İran səfiri və səfirliyin işçiləri, həmçinin Rusiyada yerləşən iranlı orqanların işçiləri qarşısında belə söyləyib: Əgər qarşı tərəflərlə qarşıdakı Vyana müzakirələrində İran xalqının hüquqlarının təmin edilməsi sahəsində duyulan nailiyyətlərə çatarıqsa, bu razılaşma on üçüncü dövlətin stabil iqtisadi inkişafına kömək edəcək.
Əmir Abdullahiyan əlavə edib: Yox əgər müzakirələr ötən səkkiz ildəki istiqaməti getməli olar və müzakirə üçün müzakirə aparılarsa, mütləq İran İslam Respublikası vaxtında həmin çərçivədə münasib qərar qəbul edəcək.