Bütün region ölkələri dialoq istiqamətində hərəkət etməlidirlər
https://azeri.sahartv.ir/news/İran-i381852-bütün_region_ölkələri_dialoq_istiqamətində_hərəkət_etməlidirlər
İranın xarici işlər naziri bütün tərəflərin yaxın gələcəkdə öz öhdəliklərinə geri dönəcəklərinə ümid bəslədiyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 07, 2021 09:43 Asia/Baku
  • Hüseyn Əmir Abdullahiyan
    Hüseyn Əmir Abdullahiyan

İranın xarici işlər naziri bütün tərəflərin yaxın gələcəkdə öz öhdəliklərinə geri dönəcəklərinə ümid bəslədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan bu gün Moskvaya səfərinin sonunda belə söyləyib: İran qonşuluq baxışına söykənən geniş düşüncə və aqilanə bir rəftarla buna təkid edir ki, bütün region ölkələri dialoq istiqamətində hərəkət etməli, bu yolla ehtimal olunan anlaşılmazlıqlar və problemləri həll və hamı bu səbatlı və əmin-aman bölgədən mənfəət əldə etməlidir.

İranın xarici işlər naziri deyib ki, xarici müdaxilələr altında Qafqaz bölgəsinin coğrafiyası və siyasi coğrafiyasına xələl gəlməməlidir.

Əmir Abdullahiyan həmçinin söyləyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məşvərət zamanı İranın müzakirələrə qayıdış və Tehranın MAQATE ilə həmkarlıq tərzi barədə suallar irəli sürülüb.

İranın xarici işlər naziri Rusiya rəsmilərilə görüş və məşvərətdən sonra bu gün Livanın paytaxtı Beyruta yola düşüb.