4 əsərin beynəlxalq qeydiyyat sənədi İrana təhvil verilib
https://azeri.sahartv.ir/news/İran-i381888-4_əsərin_beynəlxalq_qeydiyyat_sənədi_İrana_təhvil_verilib
İranın YUNESKO-dakı səfiri İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirinin mədəni irs üzrə müavini ilə görüşdə İranın dörd əsərinin beynəlxalq qeydiyyat sənədini təhvil verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2021 13:13 Asia/Baku
  • YUNESKO
    YUNESKO

İranın YUNESKO-dakı səfiri İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirinin mədəni irs üzrə müavini ilə görüşdə İranın dörd əsərinin beynəlxalq qeydiyyat sənədini təhvil verib.

SəhərAzəri-nin məlumatına əsasən,İranın YUNESKO-dakı səfiri Əhməd Paketçi beynəlxalq irs siyahısında qeydə alınmış Huraman mədəniyyət mənzərəsi və İranın ümumölkə dəmiyolunun beynəlxalq qeydiyyat lövhələrini, həmçinin İranın mədəni irsinin çoxmilliyyətli işlərindən sayılan müqəddəs Tadues ziyarəti və rəssamlıq sənətinin beynəlxalq qeydiyyatı üzrə lövhələri təhvil verib. Bu sənədlər qonşu ölkələrlə müştərək surətdə işlənib hazırlanıb və beynəlxalq irs siyahısında qeydə alınıbdır. Bu sənədlər mədəni irs sənədləri arasında qeydə alınmaq və saxlanılmaq üçün İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirinin mədəni irs üzrə müavini Əli Darabiyə təhvil verilib.

İtaliya, Çin, İspaniya, Almaniya, Hindistan, Meksika, İngiltərə, İran və Rusiya beynəlxalq səviyyədə çox sayda sənədi qeydə alınan on üstün ölkədir.