Kaşan Universiteti “Times 2022” sistemində ən yüksək yeri tutub
https://azeri.sahartv.ir/news/İran-i382132-kaşan_universiteti_times_2022_sistemində_ən_yüksək_yeri_tutub
İsfahan vilayətində fəaliyyət göstərən Kaşan Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru bu universitetin “2022 -ci il Tematik Times” təsnifatında ən yüksək yer tutduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2021 12:31 Asia/Baku
  • Kaşan Universiteti
    Kaşan Universiteti

İsfahan vilayətində fəaliyyət göstərən Kaşan Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru bu universitetin “2022 -ci il Tematik Times” təsnifatında ən yüksək yer tutduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Monemzadə bu təsnifat sisteminin ən mühüm meyarlarını təhsil, tədqiqat, istinadlar, sənaye gəlirləri və beynəlxalq aspekt adlandırıb. Bildirib ki, Kaşan Universiteti kimya mühəndisliyi, quruculuq mühəndisliyi, elektrik və elektronika mühəndisliyi və mexanika mühəndisliyinə şamil olan mühəndislik və texnologiya sahəsində dünyada 251 ilə 300 arasında,/ fizika, kimya, riyaziyyat və statistika, geologiya və ətraf mühitin daxil olduğu əsas elmlərdə isə 400 ilə 500 arasında yer alıbdır.

Tayms reytinq sistemi hər il 93 ölkədən 1500-dən çox universitetin məlumatlarının araşdırılmasından irəli gələn əhatəli təsnifatı təqdim edir.