İran Əliyevin iddialarını rədd etdi
“Şeytanların bahaya başa gələn tələlərindən çəkinin!”
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi öz tvitində Azərbaycan prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin virtual sammitində İran əleyhinə verdiyi qeyri-real bəyanatları ilə bağlı xəbərdarlıq edib və ona şeytanların tələlərinə düşməməyi məsləhət görüb.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Şəmxani bu tvitdə yazıb: Qonşuluğun prinsip və tələblərinə məhəl qoymamaq, yalan və konstruktiv olmayan ifadələr vermək xoş niyyət və ehtiyatlılıq əlaməti deyil.
O əlavə edib ki, beynəlxalq aləmin narkotiklərlə mübarizədə qəhrəman kimi tanıdığı bir ölkəyə qarşı belə ittihamlar irəli sürmək, natiqinin sözlərini gözdən salmaqdan başqa heç bir təsiri yoxdur. Ona görə də şeytanların bahaya başa gələn tələlərindən çəkinsin.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan prezidentinin fikirlərinə cavab olaraq bildirib ki, bu cür media ittihamları yalnız İran və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə təsir etmək üçün sionist rejimin maraqlarına uyğundur.
Xətibzadə İran İslam Respublikasının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə aparıcı rolunu vurğulayaraq deyib: "Son qırx ildə minlərlə şəhid və yaralıların bu pis fenomenlə mübarizədə fədakarlıq etməsi, davamlı və məsuliyyətli işlərin yalnız bir hissəsidir. Və İran İslam Respublikasının bu istiqamətdəki səyləri müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təsdiq edilibdir.
Xatibzadə iki xalq arasındakı güclü qardaşlıq əlaqələrini vurğulayaraq əlavə edib: "Təəssüf ki, Bakının müxtəlif təmaslarda xüsusi və müsbət mesajlar verməsinə baxmayaraq, onun əsassız media bəyanatları verməkdə israrlı olması hiss olunur, lakin bunlara yerində uyğun cavab veriləcəkdir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin virtual sammitində qeyri-real bir açıqlamada iddia edib ki, Ermənistan İranla əlbir olaraq Azərbaycan Respublikasının keçmiş işğal olunmuş ərazilərindən təxminən 30 il Avropaya narkotik keçirmək üçün istifadə edibdir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu iddiaları rədd edərək, narkotiklərlə mübarizədə İran-Ermənistan əməkdaşlığını vurğulayıb.