General-mayor Baqiri:
"İran və Pakistan birgə dəniz təlimi keçirmək barədə razılığa gəliblər"
İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi İran və Pakistanın birgə dəniz təlimi keçirmək barədə razılığa gəldiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Məhəmməd Baqiri Paksitana olan səfərinin nəticələri ilə bağlı deyib: "Pakistan tərəfi ilə terrorizm ilə mübarizə kəşfiyyat əməkdaşlığını artırmaq və gələcəkdə birgə dəniz təlimləri keçirmək barədə razılığa gəldik".
İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi Pakistana dörd günlük ikinci rəsmi səfərinin sonunda əlavə edib: "İran İslam İnqilabının Ali Məqamlı Rəhbərin təbirincə desək, Pakistan İslam dünyasında, həmçinin İranla uzun sərhədləri və iki ölkə xalqları arasındakı maraqlar səbəbindən İran İslam Respublikasının və İran Silahlı Qüvvələrinin gözündə xüsusi mövqeyə malikdir".
general-mayor Pakistanın yüksək səviyyəli siyasi-hərbi rəsmiləri ilə görüşlərinə toxunaraq, qeyd edib ki, sərhəddə istənilən hadisə baş verdikdə, İranla Pakistan arasında koordinasiya dərhal baş tutacaq.