Okt 18, 2021 14:31 Asia/Baku
  • general-leytenant Baqeri
    general-leytenant Baqeri

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Baqeri Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun rəsmi dəvəti və yüksək rütbəli bir hərbi heyətin müşayiəti ilə bazar günü axşam Moskvaya daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, iki tərəfli əməkdaşlıqlar, birgə müdafiə və hərbi əlaqələrin inkişafı, terrorizmlə mübarizə, həmçinin regional və beynəlxalq inkişafların araşdırılması İran nümayəndə heyətinin Rusiya tərəfi ilə müzakirə etdiyi mövzulardan biri olacaq. Bu səfərdə əsas diqqət Əfqanıstana yönələcək, həmçinin Suriyanın tam təhlükəsizliyi üçün əməkdaşlıq prosesi də müzakirə olunacaq.

İran və Rusiya arasındakı hərbi və müdafiə əməkdaşlıqları, bu əməkdaşlığın bölgənin sabitliyinə və təhlükəsizliyinə təsiri səbəbindən çoxşaxəli əhəmiyyətə malikdir. Əslində, İran-Rusiya münasibətlərinin xüsusilə də son dekadada regional və beynəlxalq vəziyyəti onları strateji hədəflərə doğru yönəldib.

Avrasiya İnteqrasiya İnstitutunun icraçı direktoru Vladimir Yevseyev bu haqda deyib: "İran və Rusiya Vaşinqtonun imperialist siyasətinə tabe olmaq istəmədikləri üçün ABŞ-ın ən sərt sanksiyalarına məruz qalıblar". 

Bu rusiyalı baş analitik hesab edir ki, bu məsələ Tehran və Moskva üçün, beynəlxalq arenada birgə tale və maraqlar, eyni zamanda iki ölkənin birliyinə zəmanət verən müqavilələrin imzalanması üçün ən böyük fürsət deməkdir.

Hazırkı vəziyyətdə, Qərbi Asiyada mövcud böhranların və gərginliyin artmasını nəzərə alaraq, problemlərin həllinə kömək etmək və Vaşinqtonun birtərəfli siyasətinə qarşı mübarizə aparmaq üçün İran və Rusiya arasında davamlı məsləhətləşmələrə ehtiyac artıbdır.

General-leytenant Baqerinin Rusiyaya səfəri elə bir halda baş tutur ki, cənubi Qafqaz və Əfqanıstandakı hadisələr, bölgədə narahatlıqları artırıb.

Teqlər