Okt 19, 2021 15:58 Asia/Baku
  • İsgəndər Mömini
    İsgəndər Mömini

İranın narkotiklərlə mübarizə qərargahının baş katibinin dediyinə görə; BMT-nin rəsmi statistikalarına əsasən, dünya səviyyəsində heroinin 20, morfinin 72, tiryəkin isə 90 faizinin aşkar edilməsi İranın narkotiklərlə mübarizə fəaliyyətilə bağlıdır.

SəhərAzəri-nin məlumatına əsasən, İsgəndər Mömini bu gün «Əfqanıstan hadisələrinin və onun narkotiklərlə mübarizə sahəsindəki nəticələrinin araşdırılması konfransında sonra belə deyib: İran şəriət və din hökmlərinə, həmçinin sabit prinsiplərə əsasən, narkotik maddələrin bütün cəhətlərilə mübarizə aparır və istehsal, giriş, qaçaqmalçılıq və tranzit bölmələrində mübarizə ciddi şəkildə davam edir.

O, sonra belə qeyd edib: Bu qaçaqmalçılığın hansı ölkənin gənclərinə zərər vurması İran üçün fərq etməz. Bizim baxışımız insana yönəlib və qaçaqmalçılıqla qətiyyətlə rəftar edirik.

İranın narkotiklərlə mübarizə qərargahının baş katibi bildirib ki, ötən il İran tərəfindən 1177 ton narkotik maddə aşkar edilib və bu, indiyə kimi görünməmiş ən yüksək göstəricidir.

Mömini deyib ki, İslam İnqilabının qələbəsindən sonra dörd min şəhid və on iki min yaralının təqdim olunması, İranın narkotiklərlə mübarizə sahəsindəki səylərinə dəlalət edir.

 

Teqlər