Şəmxani: "İran etnik qrupların cənnətidir"
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Türkiyə prezidentinin açıqlamalarına reaksiyada öz Tvitter səhifəsində yazıb: "Etnik qruplardan onları dəmir yumruqla idarə edənlər qorxmalıdırlar, etnik qrupların cənnəti olan İranın heç bir qorxusu yoxdur".
SəhərAzəri-nin məlumatına əsasən, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani şənbə günü bir tvitdə yazıb: "İslam aləminə liderlik etmək iddiasında olan bir dövlət başçısının sionist rejimin boş ehtişamını böyütməsi güclülük yoxsa müsəlmanlıq əlamətidir".
Şəmxani əlavə edib: "Etnik qruplardan onların cənnəti olan İran deyil, etnik qrupları dəmir yumruqla idarə edən hökumətlər qorxmalıdırlar".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən, deyib: "İran İsraillə münasibətlərinə görə Azərbaycanı hədəf seçə bilməz, çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu, o qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək".