Okt 25, 2021 10:42 Asia/Baku
  • Şəmxani: Sionistləri sərt cavabımız əndişələndirməlidir

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi sionist İsrail rejiminin təhdidləri və İrana qarşı düşmənçilik fəaliyyətləri üçün büdcə təsdiqi iddiasına münasibət bildirib.  

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Şəmxani şəxsi Tvitter hesabında paylaşım edərək yazıb:   "Sionistlər İrana qarşı düşmənçilik fəaliyyətləri üçün 1,5 milyard dollar ayırmaqdansa, İranın sərt cavabı nəticəsində dəyəcək ziyanı aradan qaldırmaq üçün on minlərlə milyard dollarlıq fond ayırmağı düşünməlidirlər". 

Xatırladaq ki, İsrail rejimi İran İslam Respublikasının nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırdığını bldirib.

Məlumata əsasən sionist rejim ordusunda İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. İddiaya görə, vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

İran "sionistlərin avantüraya əl atdıqları təqdirdə, bu onların məhvi ilə nəticələnəcək" deyir. 

Teqlər