Okt 30, 2021 13:36 Asia/Baku
  • Kabildə İRİB-in operatoruna sui-qəsd edilib

Əfqanıstanın Kabil şəhərində İranın "İRİB" xəbər agentliyinin aperatoruna ən azı 7 dəfə atəş açılıb, lakin o, bu sui-qəsddən sağ qurtarıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın Kabil şəhərində İranın "İRİB" xəbər agentliyinin aperatoruna ən azı 7 güllə atılıb, amma o, bu sui-qəsddən sağ çıxıb. Atışma zamanı sürücülük edərkən güllələrdən biri onun üz nahiyəsinə dəyib. Motosikldə olan iki nəfər onu hədəfə alaraq, hadisə yerindən qaçıb. Hazırda Taliban "İRİB"in operatorunun təhlükəsizliyi ilə bağlı məsuliyyəti üzərinə götürüb. Əlirza Şərifi on ildir ki, "İRİB" xəbər agentliyinin operatorudur. Hücum zamanı avtomobildə onun həyat yoldaşı və uşağı da olub. Hücuma görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.

Teqlər