Noy 04, 2021 11:57 Asia/Baku
  • İranın neft naziri Sepaha təşəkkür etdi

İran İslam Respublikasının neft naziri neft tankerinin ABŞ qüvvələrindən azad edilməsinə görə ölkə Sepaha təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, Cavad Ouci Oman dənizində İran və ABŞ dəniz qüvvələri arasında baş verən insidentə münasibət bildirib və İslam İnqilabının Keşikiçiləri Korpusunun (Sepah) Dəniz Qüvvələrinə təşəkkür edib.

“Bu hadisə bizim xalqa xidmət göstərməyimizlə bağlı əzmimizi və iradəmizi daha da möhkəmləndirir”, deyə İranın neft naziri bildirib.

Qeyd edək ki, bundan öncəki məlumatına görə, Oman dənizində İrana məxsus bir neft tankeri ABŞ qüvvələri tərəfindən müsadirə edilib və ələ keçirilib. Daha sonra İran Dəniz Qüvvələrinin əməliyyatı nəticəsində neft gəmisi geri alınıb.

Əlavə edilib ki, ABŞ hərbi gəmiləri İrana məxsus bir neft tankerini Oman dənizində ələ keçirərək, onun yükünü boşaltmağa çalışıblar. Lakin Sepah-ın Dəniz Qüvvələri dərhal əməliyyat həyata keçirib və ABŞ qüvvələrinin zəbt etdiyi gəmiyə havadan eniş edərək, gəmini yenidən ələ keçiriblər. ABŞ qüvvələri əldən çıxmış gəmini yenidən təqib etsələr də onların səyləri nəticə verməyib və İranın gəmisi ölkə sularına daxil olub.

Teqlər