Noy 04, 2021 19:34 Asia/Baku
  • Əhaliyə 91 milyon vaksin dozası vurulub

İranda koronavirusa qarşı vurulan vaksin dozalarının sayını açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Səhiyyə naziri Bəhram Eynullahi deyib ki, bu ölkədə indiyədək koronavirusa qarşı 91 milyon vaksin dozası vurulub.

Koronavirusa qarşı mübarizə ilə bağlı atılan addımlardan söz açan iranlı naziri bildirib ki, son ayda pandemiya ilə bağlı 5 milyon civarında vaksin dozası istifadə edilib və vurulan vaksinlərin sayı 91 milyonu keçib.

Qeyd edək ki, İranın Qızıl Aypara cəmiyyəti ötən həftə bəyanat yayaraq artıq ölkəyə vaksinlərin idxalının dayandırıldığını bildirib. Bu bəyanatda bildirilmişdi ki, ölkədə 90 milyon vaksin vurulub və hələ 60 milyon vaksin qalıb. İranın sözügedən qurumu əhalini vaksinasiyaya təşviq etmək istiqamətində lazımi addımların atılmasının zəruriliyini bildirmişdi.

Teqlər