Noy 05, 2021 12:11 Asia/Baku
  • İran və Azərbaycan əlaqələri müsbət müstəvidədir

İranın xarici işlər naziri rəsmi Tehranın qonşuları qohum hesab etdiyini bildirərək deyuib: Tehran-Bakı əlaqələri müsbət qonşuluq müstəvisində davam edir.

SəhərAzəri xəbər verir,İİR XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahian deyib: Bəzən baxış fərqi ola bilər amma önəmli olan hər iki tərəfin maneələri keçmək üçün ciddi iradəyə malik olmasıdır.

İranın xarici işlər naziri deyib: Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkəni təmsil edərək münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqlardan keçid məqsədi ilə öz müsbət təmaslarımızı davam etdiririk.

Əmir Abdullahian xatırladıb ki, bu çərçivədə iki tərəf arasında ümumi fikri və medianı idarə etmək üzrə əməkdaşlıqların artırılması və iki ölkə arasında müştərək komitənin yaradılması razılaşdırılıb.

“ Biz qonşuları qohumlarımız hesab edirik və bu istiqamətdə qohum əlaqələrinə hakim olan prinsipləri dəyərləndiririk",- deyə Əmir Abdullahiyan bildirib.

 

Teqlər