Noy 05, 2021 13:59 Asia/Baku
  • Sepah-ın dəniz qüvvələri
    Sepah-ın dəniz qüvvələri

Sepah-ın dəniz qüvvələrinin Amerikanın dəniz quldurluğu ilə mübarizə üzrə əməliyyatı Azərbaycan Respublikası medilarında geniş surətdə işıqlandırılıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Azərbaycan Respublikasındakı medialar və sosial şəbəkələr İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın amerikalı dəniz quldurları ilə qarşılaşmadakı uğurlu əməliyyatı barədə belə qeyd ediblər: İran, Amerika ilə mübarizədə öz tankerinin nəzarətini ələ aldı.

«Oxu.az» xəbər-analitik saytı belə yazıb: Amerika gəmiləri İran neftini daşıyan tankeri qaçıraraq, yanacağı başqa gəmiyə ötürüb və naməlum istiqamətə göndərib, bundan sonra iranlı xüsusi təyinatlı qüvvələr onun göyərtəsinə enib, qarşısını kəsərək, İranın ərazi sularına göndəriblər.

Video kadrlar yayan «Bizim media» saytı «ABŞ və İran ordusu arasında qarşıdurma – Dənizdə üz-üzə gəldilər» başlıqlı xəbər dərc və belə qeyd edib: ABŞ əsgərləri İrana məxsus neft tankerini ələ keçirməyə cəhd ediblər. İranın dəniz piyadalarının helikopterlə gəmiyə enmələri ilə amerikalı hərbçilərin cəhdi uğursuz qalıb və gəmi İranın ərazi sularına gətirilib.

«AzərTac» dövlət informasiya agentliyi isə bu barədə belə məlumat verib: Noyabrın 3-də səhər saatlarında İranın cənubunda - Oman dənizində ABŞ hərbi gəmisi ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi kateriləri arasında insident baş verib. ABŞ hərbi gəmisi xəbərdarlığa baxmayaraq, İranın ərazi sularına yaxınlaşıb. Buna cavab olaraq İranın hərbi katerləri gəmini atəşə tutublar. Bundan sonra ABŞ hərbi gəmisi hadisə yerindən uzaqlaşıb. SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ hərbi gəmisi xəbərdarlıq atəşinə məhəl qoymadığı üçün atəşə tutulub.

«Yeni Müsavat» qəzeti də bildirib ki, Amerikanın Oman dənizində İran tankerini ələ keçirmək üzrə hücumu uğursuz qalıb.

“Qafqazinfo.az” xəbər saytı isə belə yazıb: ABŞ Oman dənizində İrana məxsus neft tankerini ələ keçirməyə cəhd edib. Bununla bağlı görüntülər sosial mediada yayılıb. ABŞ İran tankerinin daşıdığı yanacağı başqa gəmiyə yüklədikdən sonra onu naməlum istiqamətə aparıb. Lakin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri helikopterlərlə enmə əməliyyatı edərək tankeri İranın ərazi sularına doğru geri qaytarıblar.

 

Teqlər