İran yaxşı bir anlaşmaya nail olmaq istəyir
İranın xarici işlər naziri Fransanın xarici işlər naziri ilə telefon danışığında vurğulayıb ki, İran yaxşı bir anlaşmaya nail olmaq istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan və Jan İv Le-Driyan bu telefon söhbətində müxtəlif mövzular, o sıradan ikitərəfli münasibətlər və qarşıdakı Vyana dialoqları ətrafında fikir mübadiləsi aparıblar.
Nüvə anlaşmasının hazırkı vəziyyətinin yaranmasında Amerikanın məsuliyyətini və üç Avropa ölkəsinin Amerikanın tamahkarlıqları qarşısında susmasının rolunu qeyd edən İranın xarici işlər naziri belə deyib: İran yaxşı bir anlaşmaya nail olmaq istəyir, amma bu məsələnin/ sanksiyaların təsirli ləğvi və qarşı tərəflərin öz öhdəliklərinə mükəmməl qayıdışları da daxil olmaqla müəyyən tələbləri var.
Parisin bütün tərəflərin nüvə anlaşmasına qayıdışına dəstək verdiyini və bu istiqamətdə əlindən gələni edəcəyini bəyan edən Fransanın xarici işlər naziri də ümidvarlıq edibdir ki, qarşıdakı Vyana dialoqları çevik irəliləyişlə müşayiət olunacaq.