Noy 12, 2021 12:14 Asia/Baku
  • Rəsmi Tehran qeyri-qanuni sanksiyaların ləğvini hədəfləyib

İran xarici işlər nazirinin müavini bildirib ki, Vyana danışıqlarının məqsədi İrana qarşı qeyri-qanuni sanksiyaları aradan qaldırmaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri ölkənin raket proqramı və təhlükəsizliyi ilə bağlı danışıqları rədd edərək deyib ki, Vyana danışıqlarında məqsəd BMT qətnamələrinə zidd olaraq İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmaqdır.  

İranlı rəsmi Britaniyanın "Guardian" qəzetinə verdiyi müsahibədə bildirib: "İrana ABŞ-ın 2015-ci ildə dünya gücləri ilə imzalanmış nüvə sazişindən çıxmayacağına dair öhdəlik lazımdır. İran və BMT Təhlükəsizlik Şurasının digər imzaçıları arasında Vyanada ABŞ-ın sanksiyalarının götürülməsi və İranla ticarətə əməli təsir göstərməsinin təsdiqi üçün danışıqlar davam edir. Bizim yoxlamaya ehtiyacımız var və bu problem həll olunmamış qalır. Bu hələ yekunlaşmamış mövzulardan biridir. Müqavilənin imzalanması kifayət deyil".  

 "Guardian" onu da yazıb ki, Baqiri ABŞ-ın müqaviləyə sadiq qalacağına dair zəmanətlə bağlı İranın mövqeyini müdafiə edib: "Bu siyasət deyil, razılaşmadır. ABŞ-ın atdığı addımlar beynəlxalq hüquqa ziddir".   Baqiri, həmçinin İranın nüvə proqramını inkişaf etdirmək üçün danışıqları bərpa etməkdən imtina etdiyini də təkzib edib və deyib: "Təbiidir ki, yeni hökumətin danışıqlar mövqeyini hazırlamaq və digər partiyalarla ikitərəfli danışıqlar aparmaq üçün vaxta ehtiyacı var. Nüvə sazişi konkret çərçivəyə malikdir və başqa məsələlərlə bağlı deyil. Biz müdafiə və ya təhlükəsizliyimizlə bağlı danışıqlar aparmayacağıq", - deyə Əli Baqiri bildirib. 

Teqlər