Xətibzadədən İranda insan haqları durumuna dair qətnaməyə cavab
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kanada tərəfindən İran İslam Respublikasında insan haqları durumuna dair qətnamənin irəli sürülməsi və bəzi Qərb ölkə və rejimlərinin ona dəstək vermələrinin bünövrədən rədd olunduğu və hüquqi etibarlılığa malik olmadığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün BMT-nin üçüncü assambleya komitəsində irəli sürülən İslam Respublikasında insan haqları durumuna dair qətnaməyə reaksiyada sonra belə söyləyib: Bu qətnamə müxtəlif təhdidlər və siyasi təzyiqlərdən irəli gələn zəif və dağınıq səslərə əsaslanır.
Kanadanın və bu qətnamənin digər əsas banilərinin İranı bədnam etmək kimi uğursuz planın davam etdirilməsi üzrə vərdişlərinə işarə edən Xətibzadə belə söyləyib: Təəssüflər olsun ki, özləri/ təcavüzkar, qəsbkar və müstəbid rejimlərə silah satışı da daxil olmaqla insanların hüquqlarının biabırçı tərzdə pozulmasında böyük keçmişə malik olan bəzi oyunçular insan haqlarını öz siyasi qərəzləri və tamahkarlıqlarını həyata keçirmə vasitəsi qərar veriblər.
İranın diplomatiya idarəsinin sözçüsü əlavə edib: Qeyri-etik və əsaslandırılmaz hərəkətlər nəinki beynəlxalq səviyyədə insan haqları durumunun yüksəlişinə və ona hörmətə bir kömək etməyəcək, əksinə sırf olaraq, xalqlara qarşı siyasi markalar yapışdırmağa və neqativ şablonlaşdırmalara rəvac verilməsinə səbəb olacaq.
Anti-İran qətnaməsinin himayədarlarının hərəkətlərini qərəzli adlandıran İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Kanadanın İran xalqına insan hüquqlarını təlim vermək üçün sionist rejim, Amerika və İngiltərəyə şamil olan «insan haqları sahəsində pis keçmişə malik hökumətlərdən bir qrupunu bir yerə toplamaq üzrə addımını utanc mənbəyi adlandırıb və Kanadanın başçılarından istəyibdir ki, bu rejimin/ bu ölkənin yerli sakinlərinə qarşı soyqırımındakı mütəşəkkil siyasətini dayandırmaqla Fələstin xalqına qarşı bəşəriyyətə zidd cinayətlər törətməsində sionist rejimlə əlbir olmasına görə cavabdeh olsunlar.