20 milyon doza "Razi Kovopars" vaksini istehsal olunacaq
"Razi" vaksin və serumqayırma institutunun direktor müavini bildirib ki, 20 milyon doza "Razi Kovopars" vaksini istehsal olunacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Hüseyn Fəllah "IRNA" ilə müsahibədə belə deyib: İndiyədək beş milyon doza «Razi Kovopars» vaksini istehsal etmişik və fövqəladə istehlak lisenziyasının verilməsilə cari günəş ilinin sonunadək 20 milyon doza vaksin istehsal edib, İran səhiyyə nazirliyinin ixtiyarına vermək məsələsinin üzərində işləyirik.
Fəllah sonra belə söyləyib: "Razi Kovopars" vaksininin ölkə səviyyəsində paylanması zamanı İran səhiyyə nazirliyinin qərarından asılıdır.
"Razi Kovopars" vaksini ən sərt daxili protokollara və Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə uyğun şəkildə düzəldilməkdə olan koronavirusa qarşı ilk rekombinant zülal mənşəli inyeksiya-inhalyasiya peyvəndidir.
Bu institut onun istehsalında ən təhlükəsiz vaksinlərdən olan rekombinant zülal metodundan istifadə edibdir.