Noy 27, 2021 17:07 Asia/Baku
  • İranın peyvəndlə bağlı uğurları Türkiyə mətbuatında

Türkiyə mediası İranda koronavirusun son vəziyəti ilə bağlı xəbərlər və reportajlar yayımlayaraq, şərq qonşularında koronavirusa qarşı sürətli vaksinasiya və nəzarət prosesini, koronavirusun yeni dalğası ilə üzləşən qərb ölkələri ilə müqayisə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın vaksinasiya ilə bağlı uğurları Türkiyə mətbuatının diqqətini cəlb edib.

Qərb ölkələrində koronavirusun yeni dalğası tüğyan etdiyi bir halda.

Şərq qonşu İranda vaksinasiya prosesində və koronavirusu nəzarətə almaqda sıçrayış.

Bunlar Türkiyə mətbuatının İranda koronavirusun son vəziyyəti ilə bağlı irəli sürdükləri mövzulardır. 

İran yerli biliklərə güvənərək, Koronavirus pandemiyası ilə mübarizədə əhəmiyyətli uğurlar əldə edib.

İranda milli peyvəndin dəstəyi ilə sürətli peyvəndləmə prosesi Türkiyə mediasında müzakirə olunan mövzulardandır. 

Bu gün İran istehsalı olan "Kovo İran Bərəkət" peyvəndi dünyada təsdiqlənmiş və yüksək keyfiyyətli vaksinlərdən biridir.

Türkiyədə də peyvəndləmə prosesi Çin və Almaniyadan gətirilən vaksinlərin köməyi ilə əhəmiyyətli dərəcədə irəliləyib, amma hazırda koronavirusa yoluxma və ölüm halları hələ də yüksəkdir.

Türkiyəli tədqiqatçılar öz milli peyvəndlərini tezliklə vaksinasiya prosesinə daxil etməyə çalışırlar.

Türkiyənin yerli peyvəndi kliniki sınaq mərhələsindən keçib və tətbiq olunmaq üçün təsdiqini gözləyir.

Türkiyənin səhiyyə sistemi yerli vaksinlərin köməyi ilə kollektiv immunitetin təmin edilməsi və xaricdən vaksinlərin idxalı xərclərinin qarşısının alınması istiqamətində təsirli addımlar atılacağına ümid edir.

Teqlər