İran və Pakistan prezidentləri görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i383573-İran_və_pakistan_prezidentləri_görüşüblər
İran prezidenti Seyid İbrahim Rəisi EKO sammitinin kənarında bu gün Pakistan prezidenti Arif Ələvi ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2021 08:47 Asia/Baku
  • İran və Pakistan prezidentləri görüşüblər
    İran və Pakistan prezidentləri görüşüblər

İran prezidenti Seyid İbrahim Rəisi EKO sammitinin kənarında bu gün Pakistan prezidenti Arif Ələvi ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Rəisi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin 15-ci sammitində iştirak etmək məqsədilə dünən Tehrandan Türkmənistanın paytaxtı Aşqabada yola düşüb.

Rəisi Aşqabad hava limanına daxil olarkən Türkmənistan prezidenti Qurbanqulu Berdı-Məhəmmədov tərəfindən rəsmi şəkildə qarşılanıb.

İran İslam Respublikası, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan Respublikası EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrdirlər.