Noy 30, 2021 11:16 Asia/Baku
  • Rəisi: İranın bu danışıqlarda ciddi iradəsini göstərir

Fransa prezidenti Emmanuel Makron və İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi telefonla danışıblar. 

SəhərAzəri-nin məlumatına əsasən, telefon danışığı zamanı iki ölkə prezidenti koronavirus epidemiyası ilə birgə mübarizə, regional əməkdaşlıq və nüvə danışıqları haqqında müzakirə aparıblar.  

Seyid İbrahim Rəisi telefon danışığı zamanı bildirib ki, İran həmişə nüvə məsələsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın sadiqliyini dəfələrlə təsdiqləyib.

Rəisi sanksiyaların aradan qaldırılması üçün danışıqların başlanmasına toxunaraq deyib: "Danışıqlara hərtərəfli heyət göndərilməsi İranın bu danışıqlarda ciddi iradəsini göstərir".  

Rəisi Fransa prezidentini danışıqları yekunlaşdırmaq və İrana qarşı sanksiyaları ləğv etmək üçün Vyanada digər ölkələrlə işləməyə çağırıb. 

Teqlər