Dek 02, 2021 12:02 Asia/Baku
  • BAEA İrandakı nüvə obyektlərinə nəzarət edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossi İranda uranın nüvə silahının istehsalı həddində, yəni 90 faiz dərəcəsində istehsalını təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rafael Qrossi Frans24 kanalına açıqlamasında bildirib ki, ABŞ nüvə sazişindən çıxandan sonra İran da 3.5 faizlik uranını daha da zənginləşdirərək, onu 60-a çatdırıb.

Son günlərdə bəzi İsrail və ABŞ KİV-lərində İranda uranın 90 faiz zənginləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirən R.Qrossi bunu təkzib edib və bildirib ki, BAEA İrandakı nüvə obyektlərinə nəzarət edir.

Qeyd edək ki, bundan öncə İran XİN İsrail rejiminin nüvə sazişinin bərpası ilə bağlı Vyanada aparılan danışıqları “zəhərləmək” istədiyini bildirib.

Teqlər