İran turizm sahəsində digər ölkələrlə əməkdaşlıqda maraqlıdır
Dek 04, 2021 19:22 Asia/Baku
İranın mədəni irs, turizm və əl işləri nazirinin müavini İspaniyanın paytaxtı Madriddə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası çərçivəsində müxtəlif ölkələrin turizm rəsmiləri və nazirləri ilə görüşüb, fikir mübadiləsi aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, Şalbafiyan üç gün ərzində Hindistan, Oman, İraq, Pakistan, Gürcüstan, Mavriki, Küveyt, Özbəkistan, Əfqanıstan, Azərbaycan Respublikası, Almaniya, Qvatemala, İndoneziya, İtaliya, Türkiyə, Malayziya və Rusiyanın turizm rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayıb və iki ölkənin turizmin müxtəlif sahələrində təcrübələrinin ötürülməsinə çağırıb.