Dek 16, 2021 13:12 Asia/Baku
  • 60 ton narkotik vasitə aşkarlanıb

İran son doqquz ayda Əfqanıstan və Pakistanla sərhəddə 60 ton narkotik maddə aşkarladığını bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi deyib ki, cari günəş ilinin əvvəlindən indiyədək İran İslam Respublikasının Sərhəd Xidməti 60 ton müxtəlif növ narkotik maddələri aşkarlayaraq dövriyyədən çıxarıb.

İran rəsmisi Sistan-Bəluçistan əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: "Bu narkotik maddələrin təqribən 80 faizi Sistan-Bəluçistan əyalətinin sərhədlərində aşkarlanaraq dövriyyədən çıxarılıb."

Xatırladaq ki, İran ümumilikdə bu ölkə ərazisindən daşınan narkotik vasitələrin təxminən 82 faizini aşkarlayaraq, dünyada narkotiklərin aşkarlanması üzrə liderdir və b mübarizə sahəsində 4 mindən çox şəhid vermişdir.

BMT-nin hesabatına görə, İran 2018-ci ildə təxminən 100 ton həşiş aşkarlayıb. İranın narkotiklərlə mübarizə sahəsində nailiyyətləri ABŞ-ın birtərəfli və qanunsuz sanksiyaları şəraitində və beynəlxalq ictimaiyyətin dəstəyi olmadan əldə edilib.

Teqlər