Macarıstanın xarici işlər naziri İrana səfər edəcək
Dek 16, 2021 13:29 Asia/Baku
Macarıstanın xarici işlər və ticarət naziri bu gün İranın xarici işlər naziri ilə görüş və məşvərət məqsədilə Tehrana səfər edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bu gün Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyartoya ev sahibliyi edəcək.
Piter Siyyartonu bu səfərdə iqtisadi nümayəndə heyəti müşayiət edəcək.
İran və Macarıstanın xarici işlər nazirləri Nyu-Yorkda, BMT Baş Assambleyasının 76-cı sessiyasının kənarında görüşmüşdülər.
İki xarici işlər naziri həmin görüşdə ikitərəfli, xüsusən iqtisadi əlaqələr, təhsil həmkarlıqları və onunla bağlı problemlərin aradan qaldırılması, həmçinin son Əfqanıstan olayları ətrafında dialoq və fikir mübadiləsi aparıb.