Əmir Abdullahian: "İran nüvə anlaşmasının iqtisadi məziyyətlərindən tam faydalanmalıdır"
https://azeri.sahartv.ir/news/İran-i384468-Əmir_abdullahian_İran_nüvə_anlaşmasının_iqtisadi_məziyyətlərindən_tam_faydalanmalıdır
İranın xarici işlər naziri vurğulayıb ki, İran nefti heç bir məhdudiyyət olmadan asanlıqla satılmalı və İslam Respublikası nüvə anlaşmasının iqtisadi faydalarından tam şəkildə yararlana bilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2021 10:48 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

İranın xarici işlər naziri vurğulayıb ki, İran nefti heç bir məhdudiyyət olmadan asanlıqla satılmalı və İslam Respublikası nüvə anlaşmasının iqtisadi faydalarından tam şəkildə yararlana bilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bazar ertəsi günü Tehranda "İranın xarici əlaqələri tarixi" mövzusunda keçirilən 5-ci konfransda çıxışı zamanı Vyana danışıqlarının bu gün başlayacaq yeni turuna, zəmanətlərin verilməsi, qarşı tərəflərin öhdəliklərini yerinə yetirməsinin İran tərəfindən yoxlanılması məsələsinə toxunaraq, deyib: "Əvvəlki danışıqlara əsasən, yeni bir ortaq sənəd üzərində daışıqlar aparılacaq və bu danışıqlarda zəmanətlərin verilməsi və yoxlama məsələsi gündəmdə olacq əsas mövzulardandır".

İran ilə 4+1 qrupu arasında danışıqların 8-ci raundu bu gün axşam saatlarında nümayəndə heyətlərinin sədrləri səviyyəsində keçiriləcək.