Vyana müzakirələrinin uğur rəmzi
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra vurğulayıb ki, Vyana müzakirələrinin uğur rəmzi, İrana qarşı zalımcasına sanksiyaların təsirli ləğvi sahəsində razılaşmaya çatmaqdır.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri qeyd edib ki, nüvə anlaşması üzrə birgə komissiyanın iclasında komissiyanın koordinatoru da daxil olmaqla müxtəlif tərəflər danışıqların öncəki raundunun uğurlu olduğunu vurğulayıblar. Etiraf ediblər ki, öncəki raundda yaxşı irəliləyişlər əldə olunub və əslində danışıqların irəliyə aparılması üçün münasib çərçivə yaranıb.
İclasdakı müxtəlif ölkələrin nümayəndələri sanksiyaların aradan qaldırılması, həmçinin danışıqların səkkinci raundunda düzgünlüyün sınanması və zəmanət məsələlərinin önəm və prioritet daşıdığını vurğuladılar- deyən Baqiri əlavə edib: Danışıqlar yerli vaxtla çərşənbə axşamı günü səhər tezdən sanksiyaların aradan qaldırılması, eləcə də İranın düzgünlüyün sınanması və zəmanət kimi iki mühüm təklifinin araşdırılmasına təkid mövzuları ilə başlanacaq.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavininin bildirdiyinə görə, maliyyə və bank sanksiyaları ilə bağlı mövzular da qarşıdakı günlərdə Vyana müzakirələrində iştirak edən ölkələrin iş gündəmində yer alacaq.
İran İslam Respublikasına qarşı zalımcasına və qanunsuz sanksiyaların götürülməsi mehvərli Vyana müzakirələrinin səkkinci raundu yerli vaxtla bazar ertəsi günü axşam başlanıb.
İran İslam Respublikası məsuliyyət qəbul edən bir ölkə kimi dəfələrlə bildiribdir ki, Amerikanın nüvə anlaşmasını pozan tərəf olmasına görə, sanksiyaları götürməklə anlaşmaya qayıtmalı olan tərəf, məhz Vaşinqtondur və Amerikanın öhdəliklərini yerinə yetirməsinin düzgünlüyünün yoxlanılması zəruridir.