Dek 30, 2021 12:40 Asia/Baku
  • Pakayin: “Qonşularla münasibətlər strateji olmalıdır”

İranın Azərbaycandakı keçmiş səfiri qonşu ölkələrlə yaxın münasibətlərin qurulmasını taktiki deyil, strateji siyasət kimi səciyyələndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Pakayin İranın dövlət xəbər agentliyi İRNA ilə müsahibədə deyib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü şərqə baxmaq siyasətini gücləndirmək üçün çox yaxşı bir addım oldu və bu addım qonşu ölkələrdən bəzisinin sözü gedən təşkilatda olduqlarına xatir həm də İranın qonşuluq siyasətinə uyğundur.

Sabiq diplomatın sözlərinə görə, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü həm də Avrasiya ölkələri ilə əlaqələrin gücləndirilməsi və artırılması çərçivəsindədir və İslam Respublikası üçün həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından böyük faydaları olan çox konstruktiv bir fəaliyyət çərçivəsidir.

O əlavə edib: “Qonşularımızla münasibətlərimiz strateji xarakter daşımalıdır və biz buna sırf sanksiyaları zərərsizləşdirmək üçün taktiki addım kimi baxmamalıyıq, hətta sanksiyalar aradan qaldırılsa belə, qonşu ölkələrlə əməkdaşlıq etməliyik. Ticarət, enerji, tranzit, kənd təsərrüfatı və turizmin müxtəlif sahələrində regionda mövcud imkanları müəyyən etmək və işə salmaq üçün qonşu ölkələrlə işləmək barədə strateji baxışımız olmalıdır.”

Keçmiş diplomat 13-cü hökumətin xarici siyasətdə gərginliyin azaldılması sahəsində siyasətini yüksək qiymətləndirib və deyib: “13-cü hökumət praktikada qonşularla münasibətləri gücləndirmək əzmində olduğunu nümayiş etdirir.

O, 13-cü hökumətin ilk aylarında İran və Azərbaycan Respublikası arasında süni gərginliyi xatırladıb və əlavə edib: “Xoşbəxtlikdən, 13-cü hökumət və Azərbaycan Respublikası hökumətinin konstruktiv yanaşması ilə ixtilaflar çox sürətlə azaldı və əməkdaşlıq imkanları gücləndirildi. Biz Türkmənistanla Azərbaycan arasında İran vasitəsilə qaz mübadiləsi sazişinin imzalanmasının şahidi olduq ki, bu da mübahisələrin azaldılmasında irəliyə doğru atılmış addım idi.

Pakayin qeyd edib ki, əməkdaşlıq və dostluq çərçivəsində bütün ölkələrin mənafeyi təmin edilir və İran İslam Respublikası xoşbəxtlikdən qonşu ölkələrə dostluq əlini uzadıb, əməkdaşlığı gücləndirmək üçün onların əlini sıxır.

Teqlər