Tehranın cümə namazı xitabətçisindən sionistlərə xəbərdarlıq
Tehranın cümə namazı xitabətçisi deyib ki, əgər sionist rejim cüzi bir xəta törədərsə, İranın silahlı qüvvələri onlara ağır zərbələr endirəcəklər.
SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid Əhməd Xatəmi Tehranın cümə namazı xütbələrində Sepah-ın son «Böyük Peyğəmbər(s.ə.s.)» hərbi təlimlərinə və sionist rejim başçılarının ona verdikləri reaksiyalara işarə ilə əlavə edib: İran İslam Respublikasının siyasəti, müdafiə mahiyyətli olub, çəkindiricilik üzrə hərbi təlimlərin həyata keçirilməsidir, amma əgər sionist rejim cüzi bir xəta törədər və İran xalqına qarşı təcavüz xəyalında olarsa, Sepah-ın raketlərilə onların günləri qara axşama çevriləcək.
Tehranın müvəqqəti cümə namazı xitabətçisi həmçinin Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Qasım Süleymaninin şəhadətinin ikinci ildönümünə işarə ilə deyib: İran İslam Respublikası Əynuləsəd bazasına hücumla Amerikaya şapalaq ilişdirdi, amma yekun intiqam, general Süleymaninin terrorunun,/ açıq şəkildə bu cinayəti öhdəsinə alan cinayətkar Tramp xüsusiyyət təşkil etməklə bütün səbəbkarları, əmr verənləri, amilləri və müşavirlərinin cəzalandırılmalarıdır.
Ayətullah Xatəmi söyləyib: Şəhid Süleymaninin və onun müşayiət edənlərin pak qanları Amerikanın Əfqanıstandakı qanunsuz iştirakına son qoydu və İraq parlamentinin qərarı ilə tezliklə onlar bu ölkəni tərk etməyə məcbur olacaqlar.
Tehranın cümə namazı xitabətçisi sionist rejimin ötən həftə Suriyanın Laziqiyyə limanına qarşı hücumunu və bu ölkənin qida və dərman anbarlarını hədəfə almasını da xatırladıb. Bildirib ki, sionistlər daima təcavüzkarlıq və terror hərəkətlərinin ardıncadırlar və Allah-Taalanın köməkliyi ilə onların müqəddəratı, məhv olmaqdan başqa bir şey olmayacaqdır.