Xətibzadə: "İran-Rusiya əməkdaşlıq sənədi uzadılır"
-
Xətibzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İran və Rusiya arasında uzunmüddətli əməkdaşlıq müqaviləsinin izləndiyini bildirərək, deyib: " İki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi hələ də qüvvədədir və avtomatik olaraq uzadılacaq".
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə keçirdiyi mətbuat konfransında İran İslam Respublikası prezidentinin Moskvaya gözlənilən səfəri zamanı İran və Rusiya arasında strateji əməkdaşlıq sənədinin imzalanmasının mümkünlüyü ilə bağlı sualın cavabında əlavə edib: "Səfər Vladimir Putinin dəvəti ilə baş tutacaq".
O, sözlərinin davamında deyib: "Bu, işgüzar səfərdir və səfər çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr qiymətləndiriləcək".
İran Xarici İşlər Nazirliyinin sözçüsü son günlər Vyana danışıqlarında İranın bəzi tələblərindən geri çəkilməsi ilə bağlı yayılan söz-söhbətlər barədə sualın cavabında deyib: "Biz ortaq mexanizmlə danışıqlar aparmırıq, bu gün ortaq bir layihə varsa, bunun səbəbi Qərb tərəfinin maksimum tələblərindən geri çəkilməli olduğunu başa düşməsidir".
O, vurğulayıb: "Biz bu gün elə bir nöqtədəyik ki, bu gündən etibarən, birgə mətnin məzmunu müzakirə olunacaq".
Talibanın müstəqil hökumət kimi tanınması ilə bağlı sualı cavablandıran Xətibzadə deyib: "Xarici İşlər Nazirliyi İran İslam Respublikasının mövqelərini açıq şəkildə bəyan edib. Əfqanıstanla bağlı ən çox vurğulanan məsələ bu ölkənin etnik və demoqrafik müxtəlifliyini əks etdirən inklüziv hökumətin formalaşmasıdır".