Yan 13, 2022 11:15 Asia/Baku
  • Amerika beynəlxalq müstəvidə təcrid olunub

Ağ Ev İranın nüvə proqramının sürətlənməsində Trampı günahlandırıb. Amerikanın beytnəlxalq müstəvidə təcrid olunduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında bildirib ki, Donald Tramp nüvə sazişindən çıxmaq qərarı ilə sanki iranlıları, onların fəaliyyətlərini məhdudlaşdıran öhdəliklərindən azad və Amerikanı beynəlxalq müstəvidə təcrid edib.

“İndi biz müzakirə masası arxasına qayıtmışıq. Lakin sabiq hökumətin nüvə sazişindən çıxmasına görə, indi iranlıların nüvə proqramı sürətlə irəliləyib”, deyə Cen Psaki əlavə edib.

Qeyd edək ki, hazırda nüvə sazişinin bərpası ilə bağlı Vyanada aparılan danışıqlarda İran İslam Respublikası 4+1 dövlətlərilə birbaşa, ABŞ-la isə vasitə ilə danışıqlar aparır. İran sərt sanksiyalara və nüvə obyektlərinə qarşı təxribatlara görə obyektlərindəki uranın zənginləşdirilməsi işini 60%-a çatdırıb, eləcə də uran metalının istehsalına başlayıb.

Teqlər