Diplomatiya müharibəsində qeyrətlə dayanmaq lazımdır
Yan 14, 2022 21:13 Asia/Baku
Tehranın cümə namazı xitabətçisi bildirib ki, düşmən İrandan çox sanksiyaların ləğvi müzakirələrində razılaşmaya çatmağa ehtiyac duyur. O, deyib ki, diplomatiya müharibəsində qeyrətlə dayanmaq lazımdır.
SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri Tehranın buhəftəki cümə namazının ikinci xütbəsində əlavə edib: İran sanksiyaların ləğvi müzakirələrində tələsmir, amma müzakirələrin yorucu bir cərəyana çevrilməsinə yol verməyəcək.
Höccətülislam vəlmüslimin Hacı Əli Əkbəri deyib: Xarici siyasətdə, İranın qeyrətli xalqının dayaq olduğu bir halda, müzakirə aparanlar güclü olmalı, heç nədən qorxmamalı, hikmət, aqillik və Allaha təvəkkül, həmçinin tədbirlə düşmənin planlarını pozmalıdırlar.