Yan 16, 2022 19:37 Asia/Baku
  • Şərqi Azərbaycanda zəlzələ
    Şərqi Azərbaycanda zəlzələ

İranın Şərqi Azərbaycan vilayətində Rixter şkalası ilə 4,5 bal gücündə zəlzələ baş verib.

SəhərAzəri-nin məlumatına əsasən, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, bu yeraltı təkan İranın Şərqi Azərbaycan vilayətində, Zəngilan rayonunun 14 kilometrliyində hiss olunub.

Zəlzələ yerin altı kilometr dərinliyində baş verib.

Yeraltı təkan Ermənistanın Kapan şəhərinin on yeddi, Aqarakın isə beş kilometrliyində baş verib. İndiyədək bu yeraltı təkanın ehtimal üzrə törətdiyi xəsarətlər barədə bir məlumat yayılmayıbdır.

 

Teqlər