Yan 17, 2022 17:52 Asia/Baku
  • general Qaani
    general Qaani

İraq mənbələri Bazar günü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaaninin Nəcəfi Əşrəf şəhərinə səfəri barədə məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın "Saberin News" xəbər kanalı bildirib ki, general Qaani Nəcəfi Əşrəf şəhərində dünya şiələrinin birinci  imamı Həzrət Əmirəl-möminin Əlinin (ə) pak hərəmini ziyarət etdikdən sonra şəhid Sədr və şəhid "Əbu Mehdi Əl-Mühəndis"in məzarlarını ziyarət edib. 

General Qaani İraqın xalq səfərbər qüvvələri təşkilatı "Həşdüş-Şəbi"nin komandir əvəzi şəhid Əbu Mehdi Əl-Mühəndisin məzarının kənarında fatihə oxuyaraq, müqavimət şəhidlərinin, xüsusilə də böyük şəhid və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin keçmiş komandanı general Hacı Qasim Süleymaninin xatirəsini əziz tutublar.  

Teqlər