Yan 25, 2022 19:05 Asia/Baku
  • Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi İnqilab Rəhbərinin sevincinə səbəb oldu +VİDEO

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, İran və Azərbaycan Respublikası tarix, din, məzhəb, dil və digər məsələlər baxımından bir çox ortaqlıq və yaxınlıqlara malikdirlər və İran İslam Respublikasının siyasəti də qonşularla əlaqələrin genişləndirilməsi və hər hansı işğalçılıqla müxalifətdir.

General-mayor pasdar Məhəmməd Baqeri çərşənbə axşamı günü axşamçağı İranda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə sonra belə deyib: Ümid edirəm ki, sizin İrana səfəriniz xüsusən müdafiə, texniki və hərbi məsələlərdə iki ölkə əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün münasib bir fürsət olacaq.

O, əlavə edib: Biz həmişə azərbaycanlı qardaşlarımızı görərkən şad oluruq, çünki bütün İran xalqı müsəlman Azərbaycan Respublikası xalqı ilə yaxınlıq hiss edir.

İran İslam Respublikasının hər hansı işğal ilə müxalifətə dair siyasətinə toxunan Baqeri deyib: Azərbaycanın otuz ildən sonra baş verən/ işğal edilmiş ərazilərinin azad edilməsi, İslam İnqilabının Böyük Rəhbərinin və əziz İran xalqının sevincinə səbəb oldu.

O əlavə edib: İki ölkə tarix, din, məzhəb, dil və digər məsələlər baxımından bir çox ortaqlıq və yaxınlıqlara malikdir və İran İslam Respublikası dövlətinin siyasəti də qonşularla əlaqələrin genişləndirilməsidir; bütün bu hallar bizim sizinlə çox yaxın münasibətə malik olmağa səy göstərməyimizə səbəb olur.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daha sonra belə qeyd edib: Biz ölkəmizə olan həssaslığımız qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünə həssasıq.

 

Teqlər