Yan 27, 2022 12:25 Asia/Baku
  • Məcid Təxti-Rəvançi
    Məcid Təxti-Rəvançi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi çərşənbə günü bildirib ki, İran İslam Respublikası son dörd ildə Əfqanıstan xalqını himayə etmək üçün əlindən gələni edib. Qeyd edib ki, bu, İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təsdiq edilən İran dövlətinin rəsmi siyasətidir.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti-Rəvançi BMT Təhlükəsizlik Şurasının yığıncağında Əfqanıstanın durumu barədə bu ölkədəki misli görünməmiş insan böhranına işarə edib. Deyib ki, BMT-nin məlumatlarına əsasən, Əfqanıstanda 24 milyon nəfərdən çox insan humanitar yardımlara ehtiyac duyur.

«İran indiyə kimi tibb ləvazimatları, dərman və ərzaq da daxil olmaqla əsas ticarət mallarına şamil olan onlarla humanitar yardım yükünü Əfqanıstana göndərib»-deyən Təxti-Rəvançi əlavə edib: Taliban-ın Əfqanıstana yiyələnməsindən sonra İran bu ölkə xalqına kömək etmək üçün Əfqanıstanla sərhədlərini açıq saxladı və hal-hazırda iki tərəf arasında adi ticarət cərəyan edir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi sonra əfqan didərginlərin İrana daxil olmalarına toxunub: Taliban-ın ötən yayda hakimiyyətə gəlməsindən sonra hər gün Əfqanıstan vətəndaşlarından minlərlə nəfər İrana daxil olur və İran dövləti və xalqı üçün xeyli sayda problem yaratmış Amerikanın insanlığa sığmayan sanksiyalarına rəğmən, İran İslam Respublikası dünya ictimaiyyətinin minimum köməyi ilə İranda yaşayan əfqan didərginlərə məşğulluq, peşəkar təlimlər, müalicə, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif xidmətlər göstərir.

Təxti-Rəvançi İrandakı mühacirlərin koronaya qarşı vaksinasiyası proqramına da işarə edib. Bildirib ki, İran dövləti iranlıların vaksinasiyası proqramı ilə bir zamanda əfqan miqrantları da korona qarşısında peyvəndləyir.

İranın BMT-dəki daimi nümayəndəsi daha sonra bildirib ki, ABŞ-ın sanksiyalar tətbiq etməsinə görə, İranın maliyyə mənbələri məhdudlaşıb.

«Təbiidir ki, əgər dünya ictimaiyyəti vaxtında lazımi köməkləri təqdim edə bilməzsə, Tehran təklikdə/ böyük bir qismi İran vasitəsilə Avropaya getmək ardınca olan əfqan miqrantlara öz dəstəyini davam etdirməyə qadir olmayacaq.»- deyə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb.

 

Teqlər